12:22 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.
ABC.AZ xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.
Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.
30 İyul 2026
29 İyul 2026