“Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb – HESABAT

17:03 - 5.06.2023


5 iyun, Fineko/abc.az. “Brand Credit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin 2022-ci ildəki faiz gəlirləri 478 min manat (22,3%) azalma ilə 1 milyon 670 min manat, faiz xərcləri isə təqribən 41 min manat (11,1%) azalma ilə 328 min manata yaxın olub.

Nəticədə şirkətin xalis faiz gəlirləri 437 min 24,6% manat azalıb və 1 milyon 342 min manat olub.

Bu məbləğin 272 min manatı gözlənilən kredit zərərləri üzrə ehtiyata ayrılıb, nəticədə xalis faiz gəliri 1 milyon 70 min manata bərabər olub.

2022-ci ildə “Brand Credit”in ümumi və inzibati xərcləri 596 min manat olub, bu göstərici də son bir ildə 70  min manat, yəni 10% azalıb.

Bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 190 min manata yaxın olub ki, bu da keçən ilkindən təxminən 326 min manat 2,7 dəfə azdır.