12:17 - 5.06.2023
5 iyun, Fineko/abc.az. Bankların tranzaksiya faizinin yüksək olması insanları incidir, 1,5-2% çoxdur.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Deputat banklarda standart tranzaksiya faizinin 0,5% olmasını təklif edib: “Düzdür, bu, müəyyən bankların mənafeyinə dəyəcək. Regionda hər bankın bankomat qoymağına nə ehtiyac var?!”.
“Exchange”lərin açılması ilə bağlı nə edək? Necə edək ki, onların regionlarda sayı artsın? Başa düşürəm, valyuta dəyişmələri bankların nəzarətində olmalıdır, nəzarət olmalıdır. Ancaq regionlarda qara bazar var, onun qarşısını almaq üçün “exchange”lərin sayı artmalıdır. Digər tərəfdən şənbə-bazar işləməyən banklarda turist valyutanı necə dəyişsin? Ödəniş üçün dollar verəndə obyektlər geri qaytarırlar”, - deyə Rüfət Quliyev vurğulayıb.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026