ABŞ bu tarixdə defolt ola bilər

17:02 - 16.05.2023


16 may, Fineko/abc.az. ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, nazir bunu ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.

O qeyd edib ki, Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək.

Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.