Azərbaycanın valyuta bazarı azalaraq bu qədər olub

16:31 - 16.05.2023


16 may, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında 7,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9% azdır.

Rüblük əməliyyatların 6,8 milyard ABŞ dolları nağdsız, 1 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 8% və 20% azdır.

İl ərzində ölkədə xarici valyutanın xalis satışı 6 dəfə azalıb.