Bakıda bu yerlərdə qidalar marketdəkindən iki dəfə ucuzdur

15:04 - 11.05.2023


11 may, Fineko/abc.az. Topdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə yaxın ucuz təklif olunur.

ABC.AZ Xəzərxəbər-ə istinadən xəbər verir ki, 28 may metrostansiyasının yaxınlığındakı topdansatış yerində qiymətlər araşdırılıb.

5 kiloqramlıq yuyucu tozun marketdəki satış qiyməti 29 manat 69 qəpik, topdansatış mərkəzində isə 16 manat, 200 milliqramlıq saç şampunu marketdə 5 manat 60 qəpik, topdansatış mağazasında 3 manat 30 qəpikdir. 750 milliqramlıq qabyuyan maye pərakəndə halda 6 manat 50 qəpiyə satılsa da, topdansatış yerlərində 3 manat 90 qəpiyə təklif edilir.

Araşdırmalarımızdan da məlum olur ki, marketlərlə topdansatış yerləri arasında qeyri-qida məhsullarında 30, 40 faiz, bəzən isə 70 faizə yaxın qiymət fərqi var. Elə topdansatış mağazalarının sahibləri də bunu təsdiqləyirlər.

Bu məhsullardan başqa meyvə-tərəvəzlər də topdan satılır. Məsələn, marketdə kiloqramı 3 manat 30 qəpik olan banan, topdansatış mərkəzində 1 manat 60 qəpiyə təklif olunur.