16:04 - 8.05.2023
8 may, Fineko/abc.az. Dünyanın ən böyük iqtisadiyyatına malik Çinin valyuta ehtiyatları aprel ayında 21 milyard dollar artıb.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bu artımdan sonra Çinin valyuta ehtiyatları bir ay əvvəlki 3,184 trilyon dollardan 3,205 trilyon dollara yüksəlib.
Qeyd edək ki, analitiklər orta hesabla ölkənin valyuta ehtiyatlarında 3,192 trilyon dollara qədər artım proqnozlaşdırırdılar.
Aprel ayının ehtiyat səviyyəsi 2022-ci ilin fevral ayından bəri ən yüksək səviyyədir.
Ötən ay Çinin milli valyutası olan yuan ABŞ milli valyutası qarşısında 0,63% ucuzlaşıb. Bu arada dollar əsas dünya valyutaları səbəti qarşısında 0,94% dəyər itirib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026