Depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük - Zakir Nuriyev

12:21 - 5.05.2023


5 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Azərbaycanın maliyyə sektorunun inkişafına toxunub.

O qeyd edib ki, hazırda ölkəmizin maliyyə sektoru yüksək sürətlə inkişaf etməkdədir.

O bank sektorunun həm əhali, həm də biznes üçün vacib rol oynadığını qeyd edib.

"Bu gün ölkəmizin hər bir vətəndaşı ölkədəki bankların və qeyri-bank təşkilatlarının maliyyə vasitələrindən yararlana bilər. İstər pul vəsaiti üçün, istərsə də depozitlərin açılması üçün xarici banklara müraciət etməyə ehtiyac görmürük. Bu gün banklarımız regionda ən dayanıqlı banklardan biridir", - Z.Nuriyev deyib.