“Günaybank”ın faiz gəlirləri 200 min manat azalıb

14:23 - 27.04.2023


27 aprel, Fineko/abc.az. 2023-cü ilin 1-ci rübündə “Günaybank”ın faiz gəlirləri 3 milyon 269 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 200 min manat azdır.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bankın kredit portfelinin yarısı işləmədiyinə görə, kreditlərdən gələn faizlər də olduqca azdır – cəmi 2,1 milyon manat.

1-ci rübdə “Günay Bank”ın faiz xərcləri 2,7 milyon manat, qeyri-faiz gəlirləri isə 2,2 milyon manat olub.

“Günay Bank”ın valyuta mübadiləsindən yenidən pul qazanması olub – rüb ərzində 860 min manat və ya əvvəlki ilin eyni dövründən 9 dəfə artıq.

Bankın qeyri faiz xərcləri də cüzi artaraq 2,5 milyon manata yaxınlaşıb. “Günay Bank” rub ərxində işçilərinə 1,15 milyon manat əmək haqqı ödəyib.

Nəticədə rübün sonuna bankın xalis mənfəəti 277 min manat olub. Bu 2022-ci ilin eyni dövründən 2 dəfə aşağıdır, həmin vaxt bankın xalis mənfəəti 577 min manat idi.