14:12 - 27.04.2023
27 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Günay Bank”ın aktivləri qismində bir də 12,8 milyon manatlıq əmlakı var. Bank prinsipial olaraq qiymətli kağızlara pul yatırmır.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, birinci rübdə “Günay Bank”ın öhdəlikləri də təqribən 7 milyon manat azalaraq 213 milyon manatdan 206 milyon manata enib.
Azalma bir tərəfdən depozit portfelinin aşağı düşməsi ilə bağlıdır – rüb ərzində bankdakı depozitlər 3 milyon manat azalaraq 111 milyondan 108 milyon manata enib.
Azalmanın səbəbi bankda vəsaiti olan şirkətlərin buradakı pullarının bir hissəsini geri çəkməsidir – bankda hüquqi şəxslərin depozitləri 37,6 milyon manatdan 35 milyon manata enib.
Öhdəliklərin azalmasının digər səbəbi daha ürəkaçandır – “Günay Bank” Mərkəzi Banka olan borcunun 900 min manatını, başqa banklara olan borclarının isə 2 milyonunu qaytarıb (90 milyon manata düşüb).
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026