Kriptovalyuta bazarı ciddi itkilərlə üzləşib

10:18 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Kriptovalyuta bazarlarının ciddi itkilərlə üzləşdiyi məlum olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Bitcoin” qiyməti səhər saatlarında 30 min dolların üzərində ticarət edərkən, ardından gələn sürətli satışlarla 29 min dollardan da aşağı enib.

Beləliklə, aprelin 10-dan bəri ən aşağı səviyyə qeydə alınıb.

İkinci ən yüksək ticarət həcmi olan “Ethereum” da eyni dəqiqələrdə kəskin enişlə 2000 dollardan aşağı düşüb.

“Bitcoin” son 7 günlük əməliyyatlarda təxminən 3 faiz itirərkən bazar kapitallaşması 565 milyard dollar təşkil edib.