14:58 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 843,2 milyon manat təşkil edib.
Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 16,5 % çoxdur.
Bu ilin aprel ayının 1-ə olan göstəricilərinə görə, Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib.
Bu, martın 1-i ilə müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 2,3 %, illik müqayisədə isə 14,3% çoxdur.
Xatırladaq ki, sonuncu dəfə bankların kredit qoyuluşu 1 fevral 2016-cı ildə 20 milyard manatdan çox – 20 603,9 milyon manat olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026