12:36 - 16.03.2023
16 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, martın 16-da keçirilən valyuta hərracında bankların tələbi 47,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 12,4 milyon dollar və ya 20,6% azdır.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
Martın 14-də valyuta hərracında AMB banklara 60,3 milyon dollar satıb.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026