10:35 - 15.03.2023
15 mart, Fineko/abc.az. “Moody’s Investors Service” agentliyi ABŞ-ın bank sistemi ilə bağlı proqnozunu “stabil”dən “mənfi”yə dəyişib. Bu qərar “Silicon Valley Bank”, “Signature Bank” və “Silvergate Bank”ın iflasından sonra “əməliyyat mühitinin sürətlə pisləşməsinin” nəticəsi olub.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi, Federal Ehtiyatlar Sistemi (FED) və Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) “SVB” və “Signature Bank” əmanətçilərinin tam kompensasiya alacağını elan etsə də, əmanətçilərin və investorların inamının sürətli şəkildə azalması ABŞ bankları arasında aktiv və öhdəliklərin idarə edilməsi baxımından artan risklərdən xəbər verir.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026