11:13 - 22.09.2022
22 sentyabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər bir sektorda baş verən inkişaf səhiyyə sahəsində də özünü göstərir.
ABC.AZ xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında tibb təhsili ilə bağlı da birgə işlər aparılır.
"Hazırda Azərbaycan Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Azərbaycan Tibb Universitetində 700-dən çox türkiyəli tələbə və 10-a yaxın rezident təhsil almaqdadır. "TURKOVAC" vaksininin ölkə xaricində həyata keçirilən ilk klinik sınağı Azərbaycanda aparılıb. Ümid edirəm ki, əczaçılıq sektorunda və yeni dərmanların sınağında ölkələrimiz arasındakı əməkdaşlıq öz bəhrəsini verəcək".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026