12:30 - 21.09.2022
21 sentyabr, Fineko/abc.az. “Hazırda xəstəxanalarımızın 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir”.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Araz Nəsirov "Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi" tvininq layihəsinin açılışı zamanı deyib.
O bildirib ki, səhiyyənin keyfiyyətinin artırılması ilə bağlı layihə çərçivəsində mühüm işlər görüləcək: “Həm Səhiyyə Nazirliyinin, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortanın təşkili ilə bağlı tələbləri nəzərə alınacaq. Xidmət şəbəkəsinin təkmilləşdirilməsi iləe bağlı da tədbirlər görüləcək. Hazırda Azərbaycandakı xəstəxanaların 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir. İstəyimiz xəstəxanaların mövcud resurslarının səmərəliliyini artıraraq gələcəkdə özünü maliyyələşdirəcək səviyyəyə çatdırmaqdır. Bu yöndə Avropanın hesablama modellerini öyrənmək istəyirik".
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026